Tiktokerlər Nuh və "Xan"dan xəbər var
Satış məqsədi olmadan narkotik vasitə saxlama ittihamı ilə həbs edimiş daha iki tiktoker azadlığa buraxılıb.
meqale.com xəbər verir ki, bu barədə qafqazinfo-ya vəkil Yusif Seyfəlov məlumat verib.
Vəkilin sözlərinə görə, Nərimanov Rayon Məhkəməsi müvəkkilləri- Əsgər Əlizadə ("Xan") və Nuh Məmmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edib.
Qərara əsasən hər iki tiktoker ev dustaqlığına buraxılıb.