Tokayev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə əlaqədar müşavirə keçirib.

Tokayev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə əlaqədar müşavirə keçirib.

meqale.com xəbər verir ki, dövlət başçısı, həlak olanların ailələrinə başsağlığı verərək, fövqəladə hallar xidmətlərinin koordinasiyalı və operativ şəkildə fəaliyyət göstərdiyini qeyd edib.

Tokayev qəzanın daha ağır nəticələrinin qarşısını almaq və çox sayda insan həyatını xilas etmək üçün xilasetmə işlərinin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb.

Dövlət başçısı həmçinin, ilk dəqiqələrdən nümayiş etdirilən həmrəylik və səmimi şəfqət üçün vətəndaşlara təşəkkür edib. Xüsusilə, Azərbaycan, Rusiya və Qırğızıstan vətəndaşlarına minnətdarlığını bildirib.