Torontoda atışma - 12 nəfər yaralandı

Kanadanın Toronto şəhərində kafedə baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.

Torontoda atışma - 12 nəfər yaralandı
Kanadanın Toronto şəhərində kafedə baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.

meqale.com xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Pol Makinteyr məlumat yayıb.

Onun sözlərinə görə, cümə günü axşam saatlarında Skarboro bölgəsində yeni kafe açılıb. Bir müddət sonra məkana üç naməlum maskalı şəxs daxil olub, onlardan biri avtomatla silahlanmışdı.