Tramp 1 milyon miqrantı ABŞ-dan deportasiya edəcək
Prezident Donald Trampın administrasiyası ABŞ-dan təxminən 1 milyon qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır.
meqale.com xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti öz mənbələrinə istinadən məlumat verib.
Qəzet bildirir ki, bu planlarla yaxından tanış olan dörd hazırkı və keçmiş federal məmurun sözlərinə görə, şəxsi müzakirələrdə daima bir mühüm rəqəm vurğulanır: bu, 1 milyondur.