Tramp dünya ölkələri üçün yeni rüsumları AÇIQLADI

ABŞ prezidenti Donald Tramp digər ölkələrlə yeni qarşılıqlı tariflərin tətbiq edildiyini elan edib.

Tramp dünya ölkələri üçün yeni rüsumları AÇIQLADI
ABŞ prezidenti Donald Tramp digər ölkələrlə yeni qarşılıqlı tariflərin tətbiq edildiyini elan edib.

meqale.com xəbər verir ki, Tramp "Bir neçə dəqiqədən sonra dünya ölkələri ilə qarşılıqlı öhdəliklərə dair tarixi fərmanı imzalayacağam. Qarşılıqlı. Bu, onların bizə, bizim də onlara tətbiq edəcəyimiz bir şeydir. Çox sadə. Hətta bəzən daha sadə ola bilər", - deyə bildirib.

Prezident həmçinin Vaşinqtonun əvvəlki qərarına əsasən, ABŞ-a idxal edilən xarici avtomobillərə və ehtiyat hissələrinə 25% rüsum tətbiq edəcəyini deyib.

Bu rüsumlar avtomobillər üçün aprelin 3-dən, ehtiyat hissələri üçün isə bir qədər sonra qüvvəyə minəcək.

Həmçinin, eyni tədbirlər Vyetnam (46%), Hindistan (26%), İndoneziya (32%), Kamboca (49%), Malayziya (24%), Koreya Respublikası (25%), Tailand (36%), Tayvan (32%), İsveçrə (31%), Yaponiya (24%) və digər ölkələrə də aid edilir.