Tramp: Ukrayna sazişi imzalamağa hazırdır
ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkədə nadir torpaq metallarının hasilatının genişləndirilməsi ilə bağlı tarixi qərar bu həftə veriləcək.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə o, Konqresdəki çıxışında danışıb.
Tramp həmçinin bir sıra kritik mineralların hasilatını və istehsalını genişləndirməyi planlaşdırır.
Onun sözlərinə görə, bu, milli təhlükəsizliyi gücləndirmək, Çin və digər ölkələrdən idxaldan asılılığı azaltmaq üçün lazımdır.
Tramp ukraynalı həmkarı Volodimir Zelenskidən ölkədəki münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara hazır olduğunu bildirən məktub aldığını bildirib:
"Mən bu gün Ukrayna prezidenti Zelenskidən mühüm məktub aldım. Məktubda deyilir ki, Ukrayna uzunmüddətli sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır".