Tramp Ukraynaya hərbi yardımı dayandırdı
Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını açıqlayıb.
meqale.com xəbər verir ki, "Prezident Tramp diqqətini sülhə yönəltdiyini açıq şəkildə ifadə etdi. Biz münaqişənin həllinə töhfə verməsini təmin etmək üçün yardımımızı dayandırırıq və nəzərdən keçiririk", - ABŞ prezident administrasiyasının rəsmisi bildirib.
"Bloomberg"in məlumatına görə isə, Tramp müdafiə naziri Pit Heqsetə hazırda Ukraynada olmayan bütün ABŞ hərbi texnikasının çatdırılmasını dayandırmağı tapşırıb.
"Bu, artıq təyyarə və gəmilərlə daşınan və ya Polşada tranzit zonalarda gözləyən silahlara da aiddir".