Tramp varislərini açıqladı

ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun özünün mümkün varisləri ola biləcəyini bildirib.

Tramp varislərini açıqladı
ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun özünün mümkün varisləri ola biləcəyini bildirib.

meqale.com xəbər verir ki, o bu barədə NBC News telekanalına verdiyi müsahibədə bildirib.

"Bu barədə danışmaq hələ tezdir, amma mənim vitse-prezidentim var. Cey Di Vens fantastik iş görür", - deyə Tramp bildirib. O, eyni zamanda əlavə edib: "Marko Rubio əla biridir."

Tramp onu da qeyd edib ki, Respublikaçılar Partiyasında liderlik üçün potensialı olan yaxşı insanlar var: "Onların hər biri partiyanın lideri və ölkənin növbəti prezidenti ola bilər."