Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
meqale.com report-a istinadən xəbər verir ki, mətbuat konfransının mətnini Reuters agentliyi yayıb.
"Mən bunu demişəm? - Vaşinqton administrasiyasının rəhbəri əvvəlki ifadələrini təkzib edib, baxmayaraq ki, müvafiq mətni olan nəşr hələ də Trampın "Truth" sosial şəbəkəsindəki səhifəsindən silinməyib.