Trampdan HƏMAS-a sonuncu xəbərdarlıq
ABŞ prezidenti Donald Tramp HƏMAS-dan əlində olan bütün girovları buraxmağı tələb edərək təşkilatı hədələyib.
meqale.com xəbər verir ki, Tramp bu haqda öz "Truth" hesabında paylaşım edib.
"Şalom HƏMAS" salam və əlvida deməkdir - seçim sizindir. Girovların hamısını indi buraxın, gec deyil və öldürdüyünüz insanların bütün cəsədlərini dərhal qaytarın, yoxsa sizin üçün yolun sonudur.", - Tramp bildirib.
O həmçinin HƏMASI İsrailə lazımi bütün dəstəyi verməklə də hədələyib.