Trampın otelinin qarşısında partlayış - Maskdan bomba iddiası - VİDEO

ABŞ-də 20 yanvarda prezidentlik kürsüsünə oturmağa hazırlaşan Donald Trampa aid Las-Veqasdakı otelinin qarşısında park edilmiş "Tesla" elektrikli avtomobili partlayıb.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Avtomobil əvvəlcə yanmağa başlayıb, daha sonra partlayış baş verib. Yangının səbəbi hələ məlum deyil, hadisə ilə bağlı araşdırma başlanılıb.

"Tesla"nın sahibi və Trumpın əsas dəstəkçilərindən olan ABŞ-lı iş adamı Elon Mask isə X sosial şəbəkəsində etdiyi açıqlamada, "Avtomobilin partlaması "Tesla"dan qaynaqlanmır. Bu, havaya atılan fişəklərdən və ya bombadan qaynaqlanıb. Bütün təcrübəli "Tesla" komandası bu hadisəni araşdırır,", deyə bildirib.