Trampın reytinqi aşağı düşür

"Reuters/Ipsos" tərəfindən altı gün ərzində keçirilən sorğu göstərir ki, respondentlərin 44%-i Trampın prezident kimi fəaliyyətini dəstəkləyir.

Trampın reytinqi aşağı düşür
"Reuters/Ipsos" tərəfindən altı gün ərzində keçirilən sorğu göstərir ki, respondentlərin 44%-i Trampın prezident kimi fəaliyyətini dəstəkləyir.

meqale.com oxuya istinadən xəbər verir ki, bu göstərici 24-26 yanvar tarixlərində keçirilən sorğuda 45% idi. Trampın reytinqi 20-21 yanvarda, Ağ Evə qayıdışının ilk saatlarında isə 47% təşkil edirdi.

Onun prezidentliyini məqbul hesab etməyən amerikalıların sayı isə əhəmiyyətli dərəcədə artıb. Son sorğuda bu göstərici 51%-ə çatıb, halbuki onun vəzifəyə başladığı ilk günlərdə bu rəqəm 41% idi.