Trüdo sonuncu mətbuat konfransında ağladı - VİDEO

Üç gün sonra istefaya gedəcək Kanada baş naziri Castin Trüdo sonuncu mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

Trüdo sonuncu mətbuat konfransında ağladı - VİDEO
Üç gün sonra istefaya gedəcək Kanada baş naziri Castin Trüdo sonuncu mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

meqale.com xəbər verir ki, o, "hər gün" Kanada sakinlərinin maraqlarını birinci yerə qoyduğunu və onlara dəstək verdiyini bildirib.

"Mən buradayam ki, hamınıza deyim: biz sizə güvənirik. Hətta bu hökumətin son günlərində belə, kanadalıları nə bu gün, nə də gələcəkdə məyus etməyəcəyik", - deyə Trüdo canlı yayım zamanı söyləyib və kövrəlib.

Siyasətçinin sözlərinə görə, o, səlahiyyətlərini təhvil verməyi səbirsizliklə gözləyir. Bu, yaxın günlərdə baş verəcək.