Türk Hava Yolları ötən ay 7,8 milyon sərnişin daşıyıb
Türk Hava Yolları (THY) ötən ay 7,8 milyon sərnişin daşıyıb.
meqale.com-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə şirkətin 2024-cü ilin iyun ayı trafik nəticələrinə qeyd edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə daşınan sərnişin sayını 7,4 faiz artıraraq 7,8 milyona çatdıran THY-nin beynəlxalq doluluq nisbəti 81,7 %, daxili doluluq nisbəti isə 87,5 % olub.