Türk ölkəsində güclü zəlzələ oldu
Qırğızıstanda 4.5 maqnitudalı zəlzələ baş verib.
meqale.com xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.
Qeyd olunur ki, zəlzələnin episentri Qırğızıstanın Narın şəhərindən 86 kilometr aralıda yerləşib.
Dağıntılar və insan itkisi ilə bağlı məlumatın dəqiqləşdirildiyi bildirilir.