Türkiyə Netanyahuya icazə verdi

Türkiyə "Sionun qanadı" adlı İsrail hökumət təyyarəsinin hava məkanından keçməsinə icazə verib.

Türkiyə Netanyahuya icazə verdi
Türkiyə "Sionun qanadı" adlı İsrail hökumət təyyarəsinin hava məkanından keçməsinə icazə verib.

meqale.com xəbər verir ki, bu barədə "Azerbaijani-Israeli Alliance Global News" məlumat yayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu 7 may axşamı Azərbaycan səfərinə hökumətə məxsus "Kanaf Zion" (Sionun qanadı) adlı təyyarə ilə yola düşəcək.

Bu isə o deməkdir ki, Türkiyə bu təyyarənin öz hava məkanından keçməsinə icazə verib.

Xatırladaq ki, bundan əvvəl - 2024-cü ilin noyabrında Türkiyə İsrail prezidenti İsxaq Hersoqun Bakıda keçiriləcək COP29 sammitində iştirakına faktiki olaraq mane olmuş, onun təyyarəsinə hava məkanından keçid izni verməmişdi.