Türkiyə sahillərində 7 miqrantın meyiti tapıldı

Türkiyənin İzmir şəhərindəki Çeşmə bölgəsi sahillərində 19 qanunsuz miqrant xilas edilib.

Türkiyə sahillərində 7 miqrantın meyiti tapıldı
Türkiyənin İzmir şəhərindəki Çeşmə bölgəsi sahillərində 19 qanunsuz miqrant xilas edilib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

O bildirib ki, həyata keçirilən xilasetmə məliyyatları nəticəsində həmçinin 7 qanunsuz miqrantın meyiti aşkarlanıb.

Sağ tapılan qanunsuz miqrantların durumlarının normal olduğu bildirilir.