Türkiyə tarixində növbəti rekord

İstanbul Birjasının əsas indeksi BIST100 bazar ertəsi bütün zamanların ən yüksək göstəricisi olan 6000-i keçib.

Türkiyə tarixində növbəti rekord
İstanbul Birjasının əsas indeksi BIST100 bazar ertəsi bütün zamanların ən yüksək göstəricisi olan 6000-i keçib.

meqale.com oxuya istinadən bildirir ki, indeks yüksək mövqelərdə alqı-satqıya başlayıb və gün ərzində yüksəlişini davam etdirərək 6005 bəndədək yüksəlib.

Bazar ertəsi ticarətin sonunda BIST100 təxminən 4,2% dəyər artırıb və 6000 bəndi ətrafında günü başa vurub.

Ekspertlərin fikrincə, rekord artım Qurban bayramı münasibətilə Türkiyədəki uzun tətildən sonra ticarətdəki canlanma ilə əlaqədardır.