Türkiyə tarixinin ən böyük narkotik əməliyyatı: 525 nəfər saxlanıldı

Türkiyədə narkotikə qarşı tarixdə ən böyük əməliyyat keçirilib.

Türkiyə tarixinin ən böyük narkotik əməliyyatı: 525 nəfər saxlanıldı
Türkiyədə narkotikə qarşı tarixdə ən böyük əməliyyat keçirilib.

meqale.com xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya xəbər verib.

Ankarada keçirilən "NARKOKAPAN-ANKARA" adlı əməliyyat zamanı 525 narkotik satıcısının saxlanıldığı açıqlanıb.

Nazir əməliyyatı Cümhuriyyət tarixinin ən böyük narkotik əməliyyatı adlandırıb və bildirib ki, səhər saat 05:00-da başlayan genişmiqyaslı əməliyyatın əsas hədəfi internet üzərindən əlaqə saxlayaraq küçələrdə narkotik satan "küçə satıcıları" olub.

Gəncləri hədəfə alan bu cinayətkar şəbəkəyə qarşı atılan addım sosial mediada da geniş əks-səda doğurub.

Yerlikaya narkotiklə mübarizənin bundan sonra da qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.