Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu

Türkiyə və İsrail hərbi imkanları Cammu və Kəşmirdə üz-üzə gəlib.

Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu
Türkiyə və İsrail hərbi imkanları Cammu və Kəşmirdə üz-üzə gəlib.

meqale.com xəbər verir ki, bu barədə politoloq Turab Rzayev bildirib.

O qeyd edib ki, Türkiyə İsrail proksi müharibəsinin müsbət və mənfi tərəfləri var:

"Mənfi tərəfi odur ki, Azərbaycan iki yaxın müttəfiqi, iki strateji dəstəkçisi arasındakı mübarizədə sıxılır. Tərəflər arasında potensial müharibə bizim gücümüzü azaldır və rəqiblərimizə şans yaradır.

Müsbət tərəf isə ondan ibarətdir ki, tərəflər açıq müharibə aparmağın ağılsızlıq olduğunu başa düşürlər. Suriyada açıq qarşıdurmaya getmirlər. Əvəzində öz güclərini Kəşmirdə sınayırlar.

İkincisi, Kəşmirdə artıq tərəflərin texniki və texnoloji üstün və zəif cəhətləri bilindiyi üçün potensial müharibə riski daha da azalır. Tərəflər kompromisə daha çox meyilli olurlar..."