Türkiyə vətəndaşı Gürcüstanda meşədə ölü tapıldı

Gürcüstanın Marneuli bələdiyyəsinin Sabirkənd yaxınlığındakı meşəlik ərazidə tərk edilmiş avtomobildə güllələnmiş kişi meyiti aşkarlanıb.

Türkiyə vətəndaşı Gürcüstanda meşədə ölü tapıldı
Gürcüstanın Marneuli bələdiyyəsinin Sabirkənd yaxınlığındakı meşəlik ərazidə tərk edilmiş avtomobildə güllələnmiş kişi meyiti aşkarlanıb.

meqale.com xəbər verir ki, araşdırmalar nəticəsində həmin şəxsin Türkiyə vətəndaşı olduğu müəyyən edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, meşəlik ərazi mühasirəyə alınıb və istintaq qrupları səhər saatlarından etibarən araşdırmaları davam etdirir.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi - qəsdən adam öldürmə - üzrə cinayət işi başladıldığını bildirib. Maddəyə əsasən, təqsirli bilinən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.