Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var
Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var.
Bu barədə meqale.com "Report"a istinadən xəbər verir.
Məlumata görə, hadisə Ərzincan şəhərində qeydə alınıb. Sərnişin mikroavtobusunun idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər ölüb, aralarında uşaqların da olduğu 10 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, jandarm, xilasedicilər cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Qəzanın başvermə səbəbi açıqlanmır.