Türkiyədə gündəm olan qayınana və kürəkəni həbs edildi
Türkiyədə televiziya proqramında münasibətlərinin olduğu iddia edilən 47 yaşlı qayınana Güldane Şahin və kürəkəni 21 yaşlı Cuma Doğan həbs edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, Sülh Cəza Məhkəməsi tərəfindən açılan aradşırmada qayınana və kürəkən barəsində "xüsusi təhdid" maddəsi ilə həbs qərarı çıxarılıb.
21 yaşlı Cuma Doğanın 21 yaşlı nişanlısı, fiziki məhdudiyyətli Dilek Şahinə şiddət göstərdiyi də iddia olunub.
Bununla yanaşı Cumanın fərari olduğu da məlum olub. O, həbsə göndərilərkən əməllərindən peşman olmadığını bildirib.