Türkiyədə iki avtobus qəzası: ölənlər və xeyli sayda yaralı var
Türkiyənin Eskişəhir və İzmir şəhərlərində sərnişin avtobusları qəzaya uğrayıb.
meqale.com Trend-ə istinadən bildirir ki, iki avtobus qəzasında 5 nəfər ölüb, 56 nəfər yaralanıb.
Qəza yerinə polis, xilasedici və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.