Türkiyədə şagirdləri daşıyan avtobus kanala aşdı - Yaralılar var

Ərzincanda şagirdləri daşıyan avtobus suvarma kanalına düşüb.

Türkiyədə şagirdləri daşıyan avtobus kanala aşdı - Yaralılar var
Ərzincanda şagirdləri daşıyan avtobus suvarma kanalına düşüb.

meqale.com türk mediasına istinadla xəbər verir ki, avtobusun aşması nəticəsində 10-u şagird olmaqla 11 nəfər xəsarət alıb.

Qəzada yaralanan sürücü və vasitədə olan 10 şagird təcili yardımla Ərzincan Xəstəxanasına aparılıb.

Müalicə altına alınan yaralıların ölüm təhlükəsinin olmadığı öyrənilib.