Türkiyədə sosial media fenomeni saxlanıldı

Sosial şəbəkələrdəki paylaşımları ilə tanınan fenomen Murat Övüç saxlanılıb.

Türkiyədə sosial media fenomeni saxlanıldı
Sosial şəbəkələrdəki paylaşımları ilə tanınan fenomen Murat Övüç saxlanılıb.

meqale.com xəbər verir ki, Övüç bir müddət əvvəl təyyarədə hicab bağlayıb və "Nə etsəm yaraşır. Baxın", - deyərək həmin anları izləyiciləri ilə bölüşüb.

İstanbul Respublika Prokurorluğu həmin görüntülərlə bağlı istintaq başladıb. İstintaq çərçivəsində Murat Övüç dini dəyərləri təhqir etdiyi üçün saxlanılıb./publika.az