Türkiyədə sunami təhlükəsi elan edildi

Türkiyəni İstanbul şəhərində aprelin 23-də baş verən 6.2 bal gücündəki zəlzələdən sonra 445 afterşok qeydə alınıb.

Türkiyədə sunami təhlükəsi elan edildi
Türkiyəni İstanbul şəhərində aprelin 23-də baş verən 6.2 bal gücündəki zəlzələdən sonra 445 afterşok qeydə alınıb.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanasının hesabatında bəyan edilib.

Bildirilir ki, afterşoklar əsasən Orta Mərmərə və Kumburqaz seqmenti arasında, 15-20 kilometrlik bir sahədə cəmlənib. İlk əsas zəlzələdən sonra 5.2 bal gücündə iki böyük afterşok da yaşanıb.

O da qeyd olunur ki, Mərmərə bölgəsi və ətraf ərazilərdə hiss olunan zəlzələyə görə sunami xəbərdarlığı verilib.

"Müvafiq zəlzələdən altı dəqiqə sonra sunami xəbərdarlığı mesajlarımız ölkə daxilində AFAD-a, regionda isə sistemimizə üzv olan ölkələrin aidiyyəti qurumlarına göndərildi. Aparılan müşahidələr nəticəsində sunami xəbərdarlığı cihaz vasitəsilə təsdiqləndi. Yerli vaxtla saat 16:53-də isə sunami təhlükəsinin aradan qalxdığını bildirən mesaj yayımlanaraq xəbərdarlıq rəsmi şəkildə sonlandırıldı", - deyə hesabatda vurğulanıb.