Türkiyədə universitetə silahlı hücum - Ölən və yaralananlar var - FOTO
Türkiyənin Konya şəhərində Səlcuq Universitetinin Səhiyyə Elmləri Fakültəsinə silahlı hücum olub.
meqale.com türk mediasına istinadla xəbər verir ki, polis və tibb qrupları hadisə yerinə cəlb olunub.
Məlumata görə, bir silahlı tələbənin hücumu nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
Həm dekan müavini, həm də tələbə xəstəxanaya aparılıb. Hadisənin səbəbləri araşdırılır.