Türkiyədə yaşayış binasında partlayış - 13 yaralı var

Kocaelinin Darıca rayonunda 4 mərtəbəli binada saat 19:00 radələrində güclü partlayış baş verib. Partlayış binanın birinci mərtəbəsindəki mənzildə qeydə alınıb.

meqale.com xəbər verir ki, hadisədən dərhal sonra əraziyə yanğınsöndürənlər, təcili yardım, AFAD və polis əməkdaşları cəlb olunub. Partlayışda yaralanan 13 nəfər yanğınsöndürənlər tərəfindən binadan çıxarılaraq təcili yardım qruplarına təhvil verilib.

Yaralılar hadisə yerindəki ilkin tibbi müdaxilədən sonra yaxınlıqdakı xəstəxanalara aparılıb. Binanın yuxarı mərtəbələrində yaşayan bəzi sakinlər tüstüdən təsirlənib.

Partlayış nəticəsində yaralananların vəziyyətinin yaxşı olduğu bildirilib. Lakin binanın qarşısında park edilmiş avtomobillər də zərər görüb.

Məlumata görə, Abdi İpəkçi məhəlləsində yerləşən üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verən partlayış qaz sızmasından qaynaqlanıb.

Partlayışdan sonra mənzildə yanğın baş verib.

Əraziyə polis və xilasetmə qrupları cəlb edilib.