Türkiyəli futbolçuya İtaliya nəhəngi "elçi düşdü"
Türkiyə millisinin və "Roma" klubunun futbolçusu Zeki Çelik karyerasını İtaliya nəhəngi "Yuventus"da davam etdirə bilər.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi yeni mövsüm üçün daha az büdcə tələb edən oyunçulara üstünlük verməyi planlaşdırır.
Bu baxımdan 28 yaşlı müdafiəçi "qoca sinyora"nın transfer siyahısında yer alıb.
Məlumata əsasən, Zeki Çelikin "Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatır və bu, onun "Yuventus"a keçidini asanlaşdıra bilər.