Türkiyəni cəhənnəmə çevirərik!
Hindistanın Baş naziri Narendra Modinin yaxın komandirlərindən biri olan təqaüdə çıxmış general Qaqandip Bakşi Türkiyəni hədələyib.
meqale.com axar.az-a istinadən bildirir ki, Bakşi Türkiyənin xilafəti diriltmək və müsəlman dünyasının xəlifəsi olmaq istədiyini deyib.
O, Pakistan-Hindistan müharibəsinə Türkiyənin də müdaxilə etdiyini və Türkiyə tərəfindən Kəşmir bölgəsinə 3 min nəfərin göndərildiyini də iddia edib.
Bundan əlavə, Türkiyənin Hindistana birbaşa düşmən olduğunu xatırladan Bakşi "lazım gələrsə", nüvə silahı ilə Türkiyəni "cəhənnəmə çevirə biləcəklərini" bildirib.