Türkiyənin Portuqaliyadakı səfiri vəfat edib
Türkiyənin Portuqaliyadakı səfiri Murat Karagöz vəfat edib.
meqale.com Trend-ə istinadən bildirir ki, Muğlanın Fəthiyə mahalının Faralya körfəzində dənizə girən Murat Karagöz çimərkən infarkt keçirib.
Murat Karagöz təcili yardımla Fəthiyədə xəstəxanaya aparılıb.
Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, səfir həyatını itirib.