UEFA icazə verdi: Avropa futbolunda bir ilk yaşanır
Avropa futbolunda tarixi qərar qəbul edilib. UEFA-nın verdiyi icazə ilə İspaniya La Liqası və İtaliya A Seriyası çərçivəsində iki oyun ilk dəfə olaraq Avropa qitəsindən kənarda keçiriləcək.
Villarreal - Barcelona matçı ABŞ-ın Mayami şəhərində keçiriləcək.
Milan - Como qarşılaşması isə Avstraliyanın Pert şəhərində baş tutacaq.
UEFA rəsmi açıqlamasında bildirdi ki, klubların müraciətləri mövcud qaydalardakı boşluqlara görə tərəddüdlə və "istisnai hal" kimi qəbul olunub.
UEFA prezidenti Aleksander Çeferin qərarı şərh edərək bildirib:
"Bu iki oyunun ölkə xaricində keçirilməsinə icazə vermək bizim üçün xoş qərar deyil və bu hal gələcək üçün nümunə kimi dəyərləndirilməməlidir."