Ukrayna macar diplomatları ölkədən qovur

Ukrayna və Macarıstan arasında diplomatik qalmaqal yaşanır.

Ukrayna macar diplomatları ölkədən qovur
Ukrayna və Macarıstan arasında diplomatik qalmaqal yaşanır.

meqale.com xəbər verir ki, "Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki casusu Macarıstandan çıxartdıq", - deyə Macarıstanın xarici işlər naziri Peter Siyarto feysbuk hesabındakı videomüraciətində bildirib.

Buna cavab olaraq da Ukrayna da iki macar diplomatı ölkədən qovur.

"Onlar 48 saat ərzində ölkəmizi tərk etməlidirlər", - Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib.