Ukrayna prezidenti Türkiyəyə rəsmi səfər edib
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfər edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, prezidenti Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır və Haluk Bayraktar Zelenskini qarşılayıblar.
Qeyd edək ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.
Səfər çərçivəsində iki ölkə liderləri arasında məhdud və geniş tərkibdə danışıqlar planlaşdırılır.
Məlumat üçün qeyd edək ki, Ərdoğan və Zelenski Rusiya-Ukrayna münaqişəsi, taxıl müqaviləsi, eləcə də ikitərəfli münasibətləri müzakirə edəcəklər.