Ukrayna PUA ilə maşını vurdu, 1 jurnalist öldü, 5-i yaralandı
Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-nın Donetsk-Qorlovka yolunda avtomobilə zərbə endirməsi nəticəsində "İzvestiya" nəşrinin ştatdankənar müxbiri Aleksandr Martemyanov ölüb, daha beş KİV əməkdaşı yaralanıb.
meqale.com xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, jurnalistlərin olduğu mülki avtomobil təmas xəttindən uzaqda yerləşib. (APA)