Ukrayna üçün şad xəbər: Almaniya “qayıtdı”

Almaniyada parlament seçkiləri bitdi. Fridrix Merz növbəti kansler olacaq.

Ukrayna üçün şad xəbər: Almaniya “qayıtdı”
Almaniyada parlament seçkiləri bitdi. Fridrix Merz növbəti kansler olacaq.

meqale.com xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bu gün Almaniyada baş tutan növbədənkənar parlament seçkilərinin ekzit-poll nəticələrinə istinadla bildirib.

O xatırladıb ki, Bundestaqda 630 yer var və hökumət formalaşdırmaq üçün koalisiyanın 316 yeri olmalıdır:

"Nəticələrə diqqət yetirək (2-3 mandat az və ya çox ola bilər):

- Xristian Demokratik İttifaq (Merz) - 210 yer;

- Almaniya üçün Alternativ (AfD - Vaydel) - 145 yer;

- SPD (Şolts) - 118;

- Yaşıllar (Habek) - 94.

Hazırda ən ciddi ehtimal budur: AfD hökumətdə təmsil olmayacaq, Merz isə kansler olacaq".

Politoloqun fikrincə, Merzin kansler olması Avropa və Ukrayna üçün həyati vacibdir:

"Merz Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq ("Taurus"lar məsələsini xatırlayın, Merz onları Ukraynaya vermək niyyətindədir). Bundan əlavə, Merz Almaniyanın hərbi güclənməsini və hərbi sənaye kompleksinin sürətli güc toplamasını başladacaq.