“Ukraynaya söz verməmişik”
"Sülh sazişinin bir hissəsi kimi Ukraynanın NATO-ya üzvlüyü məsələsi istisna edilib, lakin gələcəkdə bu məsələyə baxıla bilər".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Mark Rutte deyib.
"Amma düzünü desəm, indi biz və Birləşmiş Ştatlar deyirik ki, bunu sülh prosesinə daxil etmək istəmirik, Ukraynaya bunun sülh sazişinin bir hissəsi olacağına söz verilməyib. Ona görə də biz bu sülh danışıqlarının necə bitdiyini görməliyik. Amma razılaşdıq ki, Ukrayna gələcəkdə NATO-ya üzv olacaq", - deyə hərbi blokun baş katibi bildirib.