Ursula von der Leyen: "Təcili olaraq Avropanı yenidən silahlandırmalıyıq"
Ukraynanın təhlükəsizlik zəmanətinı ehtiyacı var
Avropa Komissiyasının ( AK) prezidenti Ursula von der Leyen London Sammitindəki müzakirələri "yaxşı və səmimi" adlandırıb.
meqale.com-ın məlumatına görə, AK prezidenti Ukraynanın "hərtərəfli təhlükəsizlik zəmanətlərinə" ehtiyacı olduğunu deyib.
Avropanı yenidən silahlandırmaq çağırışı
"Təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik" deyən von der Leyen bildirib ki, Avropa Komissiyası martın 6-da Avropa Şurasında bununla bağlı plan təklif edəcək.