ÜST rəhbəri: Yeni pandemiya baş verəcək

"Gec-tez yeni pandemiya baş verəcək və bu nəzəri risk deyil, epidemioloji əminlikdir".

ÜST rəhbəri: Yeni pandemiya baş verəcək
"Gec-tez yeni pandemiya baş verəcək və bu nəzəri risk deyil, epidemioloji əminlikdir".

meqale.com report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, növbəti pandemiya gözləməyəcək: "Yeni bir pandemiya 20 il və ya daha çox müddətdə baş verə bilər və ya sabah da ola bilər. Amma bu baş verəcək və hər halda hazır olmalıyıq. Rəsmi olaraq 7 milyon insan COVID-19-dan öldü, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik. İnsan itkisinə əlavə olaraq, pandemiya 10 trilyon dollardan çox qlobal iqtisadi məhsulu məhv etdi".