Vens Britaniya ordusunu ələ saldı – Reaksiya ağır oldu
Böyük Britaniyanın kölgə müdafiə naziri və digər deputatları ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ukrayna üçün təklif olunan ingilis-fransız sülhməramlı qüvvələrini "30 və ya 40 ildir müharibə aparmayan hansısa təsadüfi ölkədən 20 000 hərbçi" sözləri ilə dəyərləndirməsinə sərt reaksiya veriblər.
meqale.com axar.az-a istinadən bildirir ki, Britaniya siyasətçiləri Vensin İraq və Əfqanıstanda ABŞ qüvvələri ilə yanaşı döyüşən Britaniya qoşunlarına açıq-aşkar hörmətsizlik etməsindən qəzəbləniblər.
"Britaniya və Fransa Əfqanıstana minlərlə hərbçi, o cümlədən mənim qardaşım və keçmiş və indiki bir çox parlament həmkarlarımı göndərməklə ABŞ-ın köməyinə gəldi. Belə xidmətə və fədakarlığa məhəl qoymamaq dərin hörmətsizlikdir", - Böyük Britaniyanın kölgə müdafiə naziri Ceyms Kartlic deyib.
Baş nazir Starmerin rəsmi nümayəndəsi isə bildirib ki, bütün ölkə, Birləşmiş Ştatlar da daxil olmaqla, müttəfiqləri ilə birlikdə İraq və Əfqanıstanda xidmət edən, döyüşən və həlak olan hərbçiləri ilə fəxr edir.