Vətəndaş müharibəsinə imkan verməyəcəyik - Şara

Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvənin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.

Vətəndaş müharibəsinə imkan verməyəcəyik - Şara
Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvənin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara son qarşıdurmaları şərh edərkən deyib.

"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - o bildirib.