VI İslam Həmrəyliyi Oyunları bu tarixdə keçiriləcək
VI İslam Həmrəyliyi Oyunları noyabrın 7-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində keçiriləcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə İslam İdman Oyunları Assosiasiyası məlumat yayıb. İdman tədbirinin Kamerunun paytaxtı Yaundedə keçirilməsi planlaşdırılsa da, qərara sonradan dəyişiklik edilib.
Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Məkkə şəhərində, 2009-cu ildə Tehranda, 2013-cü ildə Balinbanqda, 2017-ci ildə Bakıda və 2023-cü ildə Konyada keçirilib.