"VİA Qra" qrupu fəaliyyətini dayandırdı
"VIA Qra" musiqi qrupu 25 ildən sonra fəaliyyətini dayandırıb.
meqale.com xəbər verir ki, bu barədə məşhur prodüser və bəstəkar Konstantin Meladze instaqram səhifəsində məlumat yayıb. O, "VIA Qra"nın sonuncu mahnısı "Galileo"nu təqdim edərək bunları yazıb:
"25 il ərzində bu layihədə mənimlə birlikdə çalışan hər kəsə - müğənnilərə, musiqiçilərə, administratorlara, aranjimançılara, səs rejissorlarına, rejissorlara, stilistlərə, vizajistlərə təşəkkür edirəm. Bu, gözəl bir dövr idi, lakin bu dövr üçün nostalji hiss etmirəm".