Xamenei Pezeşkianın xahişini qəbul etdi
İran Prezidenti Məsud Pezeşkian yüksək çinli məmurlarla görüşü zamanı ali rəhbər Əli Xameneidən ABŞ-la danışıqlara dair mövqeyini yumşaltmasını istəyib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.
Bildirilib ki, bir neçə saat davam edən görüşdən sonra ali rəhbər prezidentin xahişini dinləyib və Tehranla Vaşinqton arasında ilk növbədə vasitəçilər, nəticə İran tərəfinə uyğun gələrsə, birbaşa danışıqlara razılıq verib.