Yeni İl atəşfəşanlığında 10 yaşlı qız öldü - FOTO
ABŞ-da Yeni il atəşfəşanlığı zamanı faciə yaşanıb.
meqale.com xəbər verir ki, hadisə Florida ştatının Şimal-Qərb Mayami-Dade şəhərində avtomobil parkında baş verib.
10 yaşlı Yanelis Munquia ailəsi ilə birlikdə gecə saatlarında Yeni ili qarşılayarkən atəşfəşanlıq zamanı qəfil yerə yıxılıb.
Valideynləri qaçaraq onun başının arxasından zədə aldığını görüblər. Onu xəstəxanaya aparsalar da, orada ölüb.
Qeyd olunur ki, azyaşlı qız naməlum şəxsin tüfəngdən açdığı atəş nəticəsində ölüb.