Yol qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ - YENİLƏNİB - FOTO

Dekabrın 4-də saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə xəsarət alan 12 nəfərdən 11 nəfərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

meqale.com xəbər verir ki, bu barədə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata görə, 1 nəfərin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

--------------- Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

"Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.