Yoldan keçən avtomobilləri daşlayanlar kimdir?
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bir qrup şəxs yoldan keçən avtomobilləri daşlayır.
meqale.com xəbər verir ki, bu barədə avtomobili zərər görən sürücülərdən biri baş verən anın görüntüsünü yayımlayaraq vəziyyətə etirazını bildirib.
Zərərçəkmiş qeyd edib ki, həmin şəxslər yolun kənarında dayanaraq hərəkətdə olan avtomobillərə daş atıb.
Nəticədə maşınlara maddi ziyan dəyib.