Yusif Eyvazov "Lamborgini"ni 300-lə sürdü - VİDEO
Xalq artisti Yusif Eyvazov Almaniyaya gedib.
meqale.com xəbər verir ki, sənətçi orada "Lamborgini" avtomobilini yüksək sürətlə idarə edib. Həmin görüntüləri sosial şəbəkədə izləyiciləri bölüşən opera ifaçısı paylaşımına bunları yazıb:
"Almaniyadakı yolları sevirəm, çünki sürət limiti olmayan hissələr var. "Lamborgini" möhtəşəmdir, amma supermarketə ərzaq almağa getməyə yaramır. Demək olar ki, saatda 300 km sürətə çatdım".