Zelenski: ABŞ Rusiyanı buna inandırmalıdır
"ABŞ tərəfi bizim arqumentlərimizi başa düşür, təkliflərimizi qəbul edir, komandalarımız arasında konstruktiv söhbətə görə prezident Donald Trampa təşəkkür etmək istəyirəm."
meqale.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski həmçinin bildirib ki, ABŞ Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Rusiyanı Vaşinqton tərəfindən irəli sürülən 30 günlük atəşkəs təklifini qəbul etməyə inandırmalıdır.
"ABŞ tərəfdən təklif gəldi ki, Rusiya dərhal ilk addımı atsın. Bu, təkcə raket, pilotsuz təyyarə və bombalarla bağlı deyil. Həmçinin təkcə Qara dənizdə deyil, bütün cəbhə xətti boyunca 30 gün ərzində tam atəşkəs yaratmağa çalışaq", - Zelenski bildirib.
O həmçinin Ukrayna tərəfinin ABŞ tərəfindən irəli sürülən təklifin müsbət addım olduğunu deyib.